Reklam
Vakıf Katılım
Tarih : 2020-04-02 10:14:00

Estoniyada koronavirusa yoluxanların sayı 779 nəfərə çatıb

Estoniyada son sutkada koronavirusa (COVID-19) yoluxanların sayı 45 nəfər artaraq 779-a çatıb.

Frame.az xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 14 min 353 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1952 nəfərdən götürülən analizinin 45-nin nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 5 ölüm hadisəsi qeydə alınıb.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 istatistikhaber.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.